Messi DÇ-2026-da olmayacaq – Özü açıqladı

Messi DÇ-2026-da olmayacaq – Özü açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
MLS komandalarından “İnter Mayami”yə transfer olunan Lionel Messi 2026-cı ildə baş tutacaq dünya çempionatında iştirak etməyi planlaşdırmadığını bildirib.
Çin media orqanı “Titan Sports”a danışan 35 yaşlı Messi, 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi Dünya Kubokunda iştirak etməyi düşünmədiyini bildirib: “DÇ-2026-da iştirak etməyi planlaşdırmıram. Qalib gəldiyimiz turnir oynadığım son dünya çempionatı idi. Zamanla vəziyyəti yenidən qiymətləndirə bilərəm, amma böyük ehtimalla növbəti dünya çempionatında oynamayacam”.
Bu ay 36 yaşını tamamlayacaq Messi 2026-cı ildə keçiriləcək turnirdə futbolçu deyil, tamaşaçı qismində iştirak etmək istədiyini də bildirib.
2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında kapitanı olduğu Argentina millisi ilə turnirin ən yaxşı oyunçusu seçilən Messi futbol tarixinə düşüb.