“Barselona”nın prezidenti Xuan Laporta Lionel Messinin onları 2021-ci ildə tərk etməsinə baxmayaraq, klubun argentinalı futbolçuya hələ də pul ödədiyini açıqlayıb.
Bu barədə İspaniya mətbuatı yazır.
Laporta vurğulayıb ki, əvvəlki direktorlar şurası ilə razılaşdırılmış əmək müqaviləsinə görə, klub ulduz futbolçuya 2025-ci ilə qədər ödəniş etməlidir.
“Bu məbləğ ona qeyd-şərtsiz odənilir”, – klub prezidenti deyib.
Məlumat üçün əlavə edək ki, L.Messi 2003-2021-ci illər aralığında “Barselona”nın uğurları üçün çalışıb.
O, Kataloniya klubunun heyətində 10 dəfə İspaniya çempionu, yeddi dəfə İspaniya Superkubokunun və İspaniya Kubokunun qalibi, dörd dəfə Çempionlar Liqasının, üç dəfə isə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.