“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi Liqa Kubokunun 1/8 final mərhələsində “Dallas”la qarşılaşmada 4:4 (5:3 – penaltilər) dubl edib və penaltini dəqiq yerinə yetirib.
Tribunainfo.az xəbər verir ki, Messi 6-cı dəqiqədə həmyerlisi Jordi Albanın ötürməsindən sonra cərimə meydançasının kənarından dəqiq zərbə ilə hesabı açıb.
Argentinalı 85-ci dəqiqədə cərimə zərbəsi ilə ikinci qolunu vuraraq hesabı bərabərləşdirib və bu, “İnter Mayami”nin oyunu penaltilər seriyasına daşımasına kömək edib.
Matçdan sonrakı penaltilər seriyasında Lionel zərbəni qola çevirib və Florida klubu qalib gələrək 1/4 finala yüksəlib. Messinin klubu bu mərhələdə “Şarlotta” – “Hyuston Dinamo” matçının qalibi ilə qarşılaşacaq.
Beləliklə, Messi “İnter Mayami”də debüt etdikdən sonra ardıcıl dördüncü oyunda qol vurub və ardıcıl üçüncü dubla imza atıb. Onun artıq ABŞ komandasında yeddi qolu var.