“Məsləhət verirsiniz ki, ictimai nəqliyyatdan istifadə edin, sonra da deyirsiniz ki, gecə avtobuslar işləməyəcək”

“Məsləhət verirsiniz ki, ictimai nəqliyyatdan istifadə edin, sonra da deyirsiniz ki, gecə avtobuslar işləməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeronda hökm sürən kəskin hava şəraiti davam edir. Ötən gün axşam saatlarından etibarən yağan narın qar yerə hələ enməmiş paytaxt yolları iflic vəziyyətə düşüb. Aidiyyəti orqanların ünvanına sosial şəbəkələrdə yazılan tənqidlər azmış kimi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) verdiyi son açıqlama vətəndaşları özündən çıxarıb. AYNA bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək.

Pravda.az bu barədə sosial şəbəkələrdə yazılan şərhləri təqdim edir:

“Hansı avtobuslar? Xırdalan və Masazırda “o tərəfə getmirəm, qar var” deyərək camaatı yolun yarısında düşürən avtobuslar?”

“2 millimetr qara tab gətirə bilmirsiniz. Bəs bundan öncə yazmışdınız “gücləndirilmiş iş rejimində çalışacaqsınız”? Bu nə ikiüzlü yanaşmadır? Vətəndaşları aldadırsınız!”

 

“Nə yaxşı qış qış kimi keçmir, 2-3 gün özünü göstərməyi bəs edir, yoxsa batarsınız!”

“Açıq desinlər ki, qışa hazır deyilik. Etiraf bu qədər çətindir?”

 

“Avtobusların qrafikini dəyişmək əvəzinə AAYDA-nın texnikalarını tökün yollara, zəhmət çəkib işləsinlər”.

 

“İaşə obyektlərində işləyənlər bu gecə iş yerində qalacaqlar? Camaat bəs evə necə dönəcək?”

 

“AYNA cərimə yazır, bəs bu yola kim baxır? Qar yağmamışdan avtobuslar normal işləmir. Bu camaatın halı necə olacaq?”

 

“Biabırçılıqdır. Bir yandan məsləhət verirsiniz ki, ictimai nəqliyyatdan istifadə edin, bir yandan da 21:00-a kimi…”

 

“Yaxşı ki, qış mülayim keçdi. Yoxsa inanıram ki, bu operativliklə biz iflic olardıq”.

 

“Paytaxta 10 millimetr qar yağıb, AYNA bildirdi ki, avtobuslar bu gün 21:30-dək işləyəcək. Halbuki 5 gündür hava proqnozları deyir ki, qar yağacaq. Dövlət qurumları heç bir tədbir görmürlər, Allah ümidinə gözləyirlər ki, birdən yağmaz. Yağanda da öz səriştəsizliklərini gizlətmək üçün ən asan işə qaçıb, ictimai nəqliyyatı qısıtlayırlar. Bir adam da soruşmur ki, ay icra, ay AYNA, sən niyə 10 mm qara hazır deyilsən?”