Yay gəldi və təbii ki, hər kəs fit bədən quruluşuna malik olmağa çalışır.
Bəzi şəxslər idmanla, bəziləri də sosial şəbəkələrdə tez-tez reklamı gedən, bədənin müxtəlif nahiyəsini donduraraq arıqladacağını iddia edən soyuq lipoliz aparatları ilə yağlarını yandırmağa çalışır.
Sözügedən arıqlama üsulundan istifadə edən və zərərçəkən Rəşad Məmmədov Baku TV-yə danışıb.
Qeyd edib ki, prosedurdan sonra sağlamlığında yaranan problemlə bağlı xəstəxanaya müraciət edib:
“Bu aparat barədə sosial şəbəkədə məlumat gördüm, istifadə etməyə qərar verdim. Prosedurdan bir neçə gün sonra böyrək ağrısı ilə özümü xəstəxanaya çatdırdım. Böyrəyimə soyuq olmuşdu”.
Həkim Abbas Bağırovun sözlərinə görə, bu növ prosedurlar sağlamlıq üçün təhlükəlidir:
“Orqanizmin mənfi 15 dərəcəyədək soyudulması istənilən halda yerli qan dövranının pozulmasına, tromboz və emboliyaların əmələ gəlməsinə şərait yaradır. Həmin aparatların bəzi nahiyələrə tətbiqi xüsusilə yolverilməzdir”.