“YouTube”da yayımladığı oyun videolarıyla məşhurlaşan 18 yaşlı McSkillet adlı istifadəçi Trevor Heitman ABŞ-ın Kaloforniya ştatında ağır qəza törədib.
“Ölkə.Az” xəbər verir ki, o, yüksək sürətlə idarə etdiyi avtomobillə ciplə toqquşub.
Üzbəüz toqquşduğu avtomobildə olan ana və qızı yerindəcə keçinib. Cipdəki şəxslərin 43 yaşlı Ailen Pizaro və 12 yaşlı qızı Aryana olduğu açıqlanıb.
Qəza zamanı başqa avtomobillərə də ziyan dəyib.
T. Heitmanın 160 km\saat-la hərəkət etdiyi bildirilir.
Məlumat üçün bildirək ki, onun “YouTube”da 900 min, tvitterdə 300 min izləyicisi var. Bloggerin son 5 ayda psixoloji problem yaşadığı da deyilir.