Dünyaca məşhur yazıçı, 85 yaşlı amerikalı Filip Rot vəfat edib.
Milli.Az The New York Times-a istinadən bildirir ki, yazıçının ölüm səbəbi kəskin ürək çatışmazlığıdır.
Filip Rot “American Pastoral” (“Amerika pastoralı”) romanına görə 1998-ci ildə Pulitser mükafatını almışdı. O, 3 dəfə beynəlxalq Buker mükafatın layiq görülmüşdü.
O, habelə Frans Kafka (2001) və PEN/Folkner (2007) mükafatlarının, ABŞ-ın Milli Humanitar Medalının, Fransanın Fəxri Legion ordeninin və s. mükafatiların sahibi idi.
Doğulduğu Nyuark şəhərindəki (ABŞ, Nyu-Cersi ştatı) küçələrdən biri F.Rotun adını daşıyır.
Yazıçının 26 romanı arasında ən məşdhurları “The Plot Against America” və “Portnoy’s Complaint”dır.