Yazıçı və ünsiyyət təlimatçısı Mario Levi İstanbulda dünyasını dəyişib. Levinin ölüm xəbəri Buart Art Workshop-un sosial media hesabındakı paylaşımla açıqlanıb.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki,
1957-ci ildə İstanbulda anadan olan Mario Levi 1975-ci ildə Saint Mişel Fransız Liseyini, 1980-ci ildə isə İstanbul Universitetinin Fransız və Roma Filologiyasını bitirib. İlk hekayəsini 1975-ci ildə yazan Levi, 1984-cü ildən sonra Hokka jurnalı, Şalom, Cümhuriyyət qəzeti, Cumhuriyet jurnalı, Studio Image, Show, Milliyet Sanat, Argos və Oksijen kimi bir çox nəşrdə məqalələr yazıb.