Hadisə 29 Oktyabr Respublika Bayramı qeyd etmələri çərçivəsində ötən axşam Yenikapıda səhnəyə çıxıb.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, günlərdir Hadisənin 6 milyon TL qarşılığında çıxış edəcəyi xəbəri yayılsa da, konsertdə qorxulu yanğın baş verib.
Alacağı qonorarla həm sənətçilərin, həm də vətəndaşların reaksiyasına səbəb olan Hadisənin dünənki konsertində xoşagəlməz anlar yaşanıb. Konsert sahəsindəki atəşfəşanlıq platformasında yanğın baş verib.
Hadisə qısamüddətli panikaya səbəb olub. Hər ehtimala qarşı çəkiliş qrupları konsert zonasını tərk etdilər. Sosial şəbəkələrdə yayılan görüntülərə reaksiyalar yağdı . Hadisə ilə bağlı rəsmi qurumlardan heç bir açıqlama verilməyib.
Əflatun