Polşada tanınmış model Paulina Lerx və həyat yoldaşı Slavomir Poznan şəhəri yaxınlığındakı evlərində ölü tapılıb.
Tribunainfo.az Haberler-ə istinadən bildirir ki, Slavomir may ayında narkotik alverində şübhəli bilinərək həbs edilib.
Polis hadisəni qətl-intihar kimi qiymətləndirir. Bu hadisə Polşada böyük əks-səda doğurdu. Məşhur modelin belə bir sonluqla qarşılaşması həm moda dünyasını, həm də Polşa ictimaiyyətini dərindən sarsıtdı.
İlkin məlumatlara görə, Slavomir əvvəlcə həyat yoldaşını vurmuş, sonra isə silahı özünə tərəf çevirmiş ola bilər. Cütlüyün cəsədləri yan-yana tapılıb və əllərində silah olub. Evin içəridən kilidli olması da bu nəzəriyyəni gücləndirir.