MƏŞHUR TÜRK SƏNƏTÇİSİ HƏBSƏ GÖNDƏRİLİR

MƏŞHUR TÜRK SƏNƏTÇİSİ HƏBSƏ GÖNDƏRİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda ad günü məclisində mübahisə zəminində menecer Mustafa Canı yumruqla vurduğu iddia edilən müğənni Cengiz Kurtoğluna prokuror 1 il 9 aya qədər həbs cəzası istəyib. Tribunainfo.az bildirir ki, Kurtoğlu aktyor Tolqa Yücenin ad günündə menecer Mustafa Can ilə mübahisə edib. Aralarında mübahisə yarandıqdan sonra Cengiz Kurtoğlunun Mustafa Canı yumruqla vurduğu iddia edilib. Hadisəli gecədən sonra menecer Mustafa Can şikayət ərizəsi yazıb və Cengiz Kurtoğluna qarşı “Sadə yaralama” və “Təhqir” ittihamları ilə 7 aydan 3 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırıb.