“Hercai” serialında Akın Akınözü və Ebru Şahinin baş rollarda yer aldığı layihədə “Melikə” obrazı ilə yadda qalan Aslı Samat, böyük dəyişimi ilə diqqət çəkib. Mədəkiçiltmə əməliyyatı keçirən aktrisa sağlam qidalanma və düzgün həyat tərzi ilə tam 110 kilo arıqlayıb. İndi isə onun yeni görünüşünü görənlər heyranlıqlarını gizlədə bilmir.
Tribunainfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Aslı Samat 7 yaşında teatrla tanış olub, 2 yaşından bəri isə artıq çəkidən əziyyət çəkib. Uzun illər arıqlamağa çalışsa da, nəticə əldə edə bilməyən aktrisaya 12 il əvvəl emosional yemə problemi diaqnozu qoyulub.
Bir gecə yaşadığı sinir sarsıntısından sonra həyatını dəyişməyə qərar verib və mədəkiçiltmə əməliyyatı keçirib. Sağlam qidalanma və müntəzəm idman sayəsində 110 kilo arıqlayıb.
“Həyatım dəyişdi, indi özümü çox rahat hiss edirəm. Gəzərkən heç bir ağrı yaşamıram,” – deyə bildirib. Bu dəyişikliyin ardından daha keyfiyyətli rollar təklif edildiyini deyən Samat sosial şəbəkədə yeni görünüşünü tez-tez paylaşır.
Hazırda yeni layihələr üzərində çalışan məşhur aktrisanın son görüntülərini sizə təqdim edirik…