Məşhur supermarketlər şəbəkəsinin dövlətə külli miqdarda vergi borcu varbackend

Məşhur supermarketlər şəbəkəsinin dövlətə külli miqdarda vergi borcu var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Top Supermarket”lər şəbəkəsinin dövlətə külli miqdarda vergi borcu olması üzə çıxıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən marketlər şəbəkəsinin hazırki vergi borcu 853540.52 AZN-dir.

Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan Top Supermarket”lər şəbəkəsinin qanuni təmsilçisi Vəli Əkbərov Kazım Oğludur. Vəli Əkbərov  həmçinin  “Vəlioğlu-2018 MMC-nin qanuni təmsilçisidir.

Bu şirkətin də dövlətə külli miqdarda  borcu mövcuddur. Vəlioğlu-2018 MMC-nin vergi borcu 2.5 milyon manata yaxındır (2411520.66AZN)

“Top Supermarket”lər şəbəkəsi eləcə də Vəlioğlu-2018 MMC Marsol MMC-nin tərəfdaşlarından olub. Marsol” MMC-nin sədri Tural Mustafayevdir.

Qeyd edək ki, “Vəlioğlu-2018” MMC-nin qeyri qida məhsullarının topdan satışı ilə məşğul olduğu bildirilir. Şirkət Türkiyə istehsalı olan “Predo baby” uşaq bezlərinin, Kanadanın “Green Gate” şirkətinə məxsus “Lexi” təmizlik məhsullarının, İndoneziya istehsalı “Kris” sabunlarının, “Actodermanol” dezinfeksiya məhsulunun Azərbaycandakı rəsmi distribütorudur.