Məşhur şirkət cərimələndi

Məşhur şirkət cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sara Qrup” QSC-yə gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, QSC barəsində Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu yazılıb.

Məlum olub ki, QSC Rusiya Federativ Respublikasından göndərilmiş “mineral gübrələr” gətirib. Amma gömrük vergi bəyanəməsinin vaxtında ödəməyib.

Bu işə Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılıb.

Məhkəmə QSC-ni 1500 manat miqdarinda cərimə edib.