Məşhur rus aparıcısında xərçəng aşkarlandı

Məşhur rus aparıcısında xərçəng aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sovet illərindən məşhur “Heyvanlar aləmində” proqramının aparıcısı, zooloq Nikolay Drozdovda onkoloji xəstəlik aşkarlanıb.

Tribunainfo.az xəbər verir ki, son zamanlar 86 yaşlı Drezdovun səhhəti pisləşirdi və o bir müddət xəstəxanada yatmışdı.

Drozdovda prostat vəzi xərçəngi tapılıb. Vəziyyəti pisləşdirən xəstənin ürək xəstəliyi və təzyiqidir.
Həkimlər hələ ki, ona 1 kurs kimyaterapiya təyin ediblər.
Avqustun 30-u Drozdov özü əməliyyat olunduğunu açıqlayıb. Amma o ümumi narkozdan imtina edərək, yerli anesteziyanı seçib.