Nelli adı ilə tanınan məşhur amerikalı reper Kornel Ayral Heyns həbs edilib.
Nelli adı ilə tanınan məşhur amerikalı reper Kornel Ayral Heyns həbs edilib.
TIA.AZ xarici mediaya istinadən xəbər verir ki, reper təcavüzdə ittiham edilir. Dünən polisə müraciət edən bir qadın Nellinin Vaşinqtona konsert üçün gəldiyi tur avtobusunda onu zorladığını iddia edib. Müraciətdən dərhal sonra reper həbs edilib. Heynsin vəkili iddianın uydurma olduğunu, qadının kin və acgözlükdən belə bir addım atdığını deyib.
Qeyd edək ki, 42 yaşlı Nelli bu günə qədər 7 albom çıxardıb, 2003 və 2004-cü illərdə 4 dəfə “Qremmi” mükafatının sahibi olub.
Kornel Ayral Heyns 2015-ci ildə üstündə narkotik maddə daşıdığı üçün həbs edilmişdi.