Fransız reper MHD gəncin ölümünə görə 12 il həbs cəzasına məhkum edilib.
Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, 2018-ci ildə Parisdə baş verən hadisədə qurbanı əvvəlcə maşın vurub, daha sonra izdihamlı bir qrup tərəfindən hücuma məruz qalıb və bıçaqlanaraq öldürülüb.
Şənbə günü baxılan işdə əsl adı Mohamed Sylla olan reper və daha 5 nəfər 10 ildən 18 ilədək həbs cəzasına məhkum edilib, 3 nəfər isə bəraət alıb. Məhkumların heç biri günahını etiraf etməsə də, 10 gün ərzində bu hökmlərə etiraz etmək hüququna malikdir.
Prokurorlar hadisənin rəqib dəstələr arasında davam edən dava nəticəsində baş verdiyini bildiriblər.
Digər şahidlər də MHD-ni ərazidə gördüklərini və onu saçından və geyindiyi paltardan tanıdıqlarını bildiriblər.