Sansar Salvo ləqəbli rep ifaçısı Ekincan Arslan bir müddət əvvəl 43 fərqli dərmandan istifadə edərək intihara cəhd etdiyini açıqlayıb. Arslan sosial media hesabındakı paylaşımında baş verənləri açıqlayıb.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, keçmiş sevgilisi, atası və ailəsi ilə bağlı baş verənləri qəzəbli tonda izah edən Arslan, “Ötən çərşənbə günü 43 həb içərək şəxsi böhran keçirərək intihara cəhd etdim”, – deyib.