İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo” “Atletico”nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda ölkəmizin Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ”ı “erməni klubu” kimi təqdim edib.
İspaniyanın məşhur idman nəşri “Mundo Deportivo” “Atletico”nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda ölkəmizin Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ”ı “erməni klubu” kimi təqdim edib.TİA.AZ goal.az-a istinadən xəbər verir ki, yazıda qeyd olunub: “”Çolo”nun yetirmələri (Dieqo Simeonun ləqəbi) ötən gecə erməni “Qarabağ”ına qarşı oynadı. Rəqib kağız üzərində keçilən görünsə də, “Atletico” qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını məyus etdi”. Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçirilən “Qarabağ” – “Atletico” matçı qolsuz heç-heçə ilə nəticələnib.