Məşhur nəşr Əzizə xaladan yazdı-VİDEObackend

Məşhur nəşr Əzizə xaladan yazdı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur “Economist” nəşri Qusar rayonunun Hil kəndində yaşayan, bişirdiyi yeməkləri öz yutub kanalında paylaşaraq məşhurlaşan Əzizə Rəmixanova ilə bağlı material hazırlayıb.

Tribunainfo.az -ın məlumatına görə, yazıda qeyd olunub ki, 7 milyona yaxın izləyicisi olan “Kənd həyatı” yutub kanalının iki milyard baxışa sahibdir.Reklamınızı SmartBee ilə effektiv edin.
O da bildirilib ki, hər buraxılışın müddəti 25 dəqiqədən artıq çəksə də, bu, izləyiciləri heç yormur. Nəşr Əzizə xalaya yazılan müsbət rəylərdən bir neçəsini də yazıda qeyd edib.

Əzizə xanımın təkcə Azərbaycandan deyil, dünyanın bir çox şəhərindən, o cümlədən Londondan, Sidneydən, Yekaterinburqdan, Kiyevdən də izlənildiyi oxucuların diqqətinə çatdırılıb.

Qeyd edək ki, Əzizə Rəmixanova öz rayonunun tanınmış aşpazlarındandır. O, Hil kəndinin toy mərasimlərinin ən adlı-sanlı yemək bişirənidir. Onun yutuba çıxışı isə pandemiya dönəminə təsadüf edir. Belə ki, qadının oğlu Əmiraslan Rəmixanov COVİD-19 pandemiyasınadək Bakıda restoranların birinin aşpazı olub. Karantin müddətində isə ana və oğlu yutub kanalı açaraq sevdikləri peşəni sosial şəbəkələrə daşımağa qərar veriblər və bu, onlarda çox uğurlu alınıb.