Məşhur nəqliyyat şirkəti məhkəməlik oldu

Məşhur nəqliyyat şirkəti məhkəməlik oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Trasnqeyt” MMC məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı Şirinov Eldar Əbdülrəhim oğludur.
Onun iddiası Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovun icraatındadır. İşin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
“Transqeyt” MMC 8 oktyabr 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 9 586 400 AZN-dir. Şirkətin qanuni təmsilçisi Rzayev Rövşən İbrahim oğludur.

“Transqyet” MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun şirkəti kimi tanınıb. Sərnişindaşıma şirkəti olan “Transqeyt” Ziya Məmmədov nazir olduğu dövrdə Bakıda fəaliyyət göstərən marşrutların 50 faizinə nəzarət edib.
2015-ci ildə “Transqeyt” MMC-nin fəaliyyətini dayandırdığı elan edilib. Onun nəzarətindəki marşrutlar başqa şirkətlər verilib. Bu barədə də mediada məlumatlar yer alıb.
“Transqeyt” MMC bağlananada Ziya Məmmədov karyerasının son günlərini yaşayırdı.