Məşhur neft ölkəsində benzin üçün uzun növbələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelanın eyni vaxtda bir neçə ştatında benzin almaq üçün uzun növbələr yaranıb.
 Venesuelanın eyni vaxtda bir neçə ştatında benzin almaq üçün uzun növbələr yaranıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Karakasda yanacaq doldurmaq üçün bəzən dörd saat gözləmək lazım gəlir, növbəyə dayanan avtomobillərin sayı üç yüzə çatır. El Universal nəşri qeyd edir ki, yanacaq qıtlığı qida məhsullarının çatdırılmasında problemlər yarada bilər.
Merida ştatında yanacaq böhranı artıq beş gündür ki, müşahidə olunur. Burada hər avtomobil üçün 30 litr yanacaq limiti təyin edilib. Santa-Barbara şəhərində isə yanacaq yalnız ictimai nəqliyyat vasitələrinə və fermerlərə satılır.
Venesuelanın neft naziri Euloxio del Pino yaxın zamanlarda bütün ölkə ərazisində yanacaq problemini həll edəcəyinə söz verib.
İqtisadiyyatı əsasən neftdən asılı olan Venesuela öz tarixinin ən ağır böhranını yaşayır. Ölkədə qida məhsullarının və gündəlik tələbat mallarının kəskin qıtlığı müşahidə olunur. Qıtlıq və hiperinflyasiya əhalinin vəziyyətini gündən-günə ağırlaşdırır.