Amerikalı məşhur repçi Si Lo Qrinin üzündə telefon partlayıb.
Amerikalı məşhur repçi Si Lo Qrinin üzündə telefon partlayıb.
TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, hadisə təhlükəsizlik kamerasına düşüb. Belə ki, reper studiyasında çalışarkən telefonla danışan zaman telefondan qığılcımlar çıxaraq partlayıb. Partlayışın təsiri ilə reper kreslosundan yerə düşüb.
42 yaşlı amerikalı rep ifaçısı və musiqi prodüseri Cee Lo Qrinin əlində partlayan mobil telefonun görüntüləri sosial şəbəkədə narahatlıq doğurub. Bu səbəbdən də məşhur reper video çəkməli olub. O, videoda səhhətinin yaxşı olduğunu, narahatlıq üçün heç bir əsas olmadığını vurğulayıb. Reper “Yaxşıyam, sizi narahat etdiyim üçün təəssüf edirəm. Əslində bu görüntülər yeni layihəmizin bir hissəsidir” – deyə qeyd edib.
Bu açıqlama reperin pərəstişkarlarını hiddətləndirib. Üzündə böyük qara ləkə əmələ gələn Qrinin nə üçün belə bir açıqlama verdiyi məlum deyil.