Məşhur müğənnini intim görüntüləri ilə ŞANTAJ ETDİLƏR: “Ərimlə birlikdə…” – FOTO

Məşhur müğənnini intim görüntüləri ilə ŞANTAJ ETDİLƏR: “Ərimlə birlikdə…” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı müğənni Anna Asti haker hücumuna məruz qalıb. Kibercinayətkarlar onun şəxsi məlumatlarını ələ keçirərək müğənnini şantaj ediblər.

Tribunainfo.az  Musavat.com-a istinadən xəbər verir ki, cinayətkarlar Astinin telefonuna qanunsuz giriş əldə edərək, onun intim fotoşəkillərini oğurlayıblar. Daha sonra bu materialları yaymaqla təhdid edib müğənnidən böyük məbləğdə pul tələb ediblər. Daha sonra sızdırılmış fotolar internetə yerləşdirilib.

Hadisə ilə bağlı Anna Asti ictimaiyyətə müraciət edərək şəxsi məlumatların yayılmasının dayandırılmasını istəyib. O, baş verənlərin onun şəxsi həyatına və ictimai imicinə ciddi zərbə vurduğunu qeyd edib.

Müğənni qeyd edib ki, həyat yoldaşı onun yanındadır və bütün çətinliklərə əri ilə birlikdə sinə gərir.