Məşhur sənətçi Sibel Can obsesif pərəstişkarına görə yaşadığı qorxulu anlardan danışıb.
Tribunainfo.az xəbər verir ki, “Bıçağı göndərəndə bunun artıq normal olmadığını anladım” deyən Can, başına gələnləri polisə xəbər verdiyini bildirib.
Türk musiqisinin sevilən adı Sibel Can qonaq olduğu proqramda illər əvvəl yaşadığı qorxunc hadisədən danışıb. Sənətçi bildirib ki, onu həyat yoldaşı hesab edən obsesif pərəstişkarına görə çox qorxub.
Lakin hadisə bununla məhdudlaşmayıb. Can bildirib ki, ötən gün gələn bağlamanın içindən bıçaq tapılanda vəziyyətin ciddiliyini anlayıb: “Həmin an həqiqətən qorxdum. Dedim, bu artıq normal deyil. Dərhal polisə müraciət etdik. Xoşbəxtlikdən polislər tez hərəkətə keçərək bu obsesif fanatı tutdular”.
Dəniz Pənahova