MƏŞHUR MÜĞƏNNİ TEOMAN EVLİLİKLƏ BAĞLI AÇIQLAMA VERDİ

MƏŞHUR MÜĞƏNNİ TEOMAN EVLİLİKLƏ BAĞLI AÇIQLAMA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rok musiqisinin məşhur adı olan Teoman evliliklə bağlı açıqlama verib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Cihangirdə görüntülənən Teoman mətbuat mənsublarının suallarını cavablandırıb. 55 yaşlı müğənni evliliklə bağlı dediyi sözlərlə diqqət çəkib.

“Ölümdən çox qorxuram” deyən Teoman mövzu ilə bağlı zarafat edib və bu ifadələri işlədib: “Bitdik, qocalırıq. İllər çox tez keçir. Bir yaşa çatdıqdan sonra daha da sürətlənir. Mən də 70 yaşında evlənmək fikrini dəyişdim. Məncə, tezdir. 80 yaşından sonra evlənmək haqqında düşünməyə başlayacam”.

Xatırladaq ki, 12 illik dostluqdan sonra 2012-ci ildə fotoqraf Ayşe Kaya ilə evlənən Teoman 2015-ci ildə razılaşma yolu ilə boşanıb. Teomanın bu evlilikdən Zeyno adlı bir qızı var.