Hakan Peker 7 aydan sonra keçiriləcək yerli seçkilərdə anasının məmləkəti Safranboludan bələdiyyə başqanlığına namizəd olacaq.
Tribunainfo.az xəbər verir ki, rayonda mədəniyyət və incəsənət sahəsində çalışmaq istədiyini deyən Peker partiyalardan təklif aldığını, lakin hələlik qərar verə bilmədiyini və müstəqil ola biləcəyini bildirib.
Namizədlik qərarı ilə bağlı “Show Haber”ə danışan Hakan Peker “Bura UNESCO-nun tarixi miras şəhəridir, ona görə də bu mənada edə biləcəyimiz çox şey var”, -deyib.