Ferdi Tayfur və qızı Tuğçe Aydın arasında soyad böhranı davam edir.
Tribunainfo.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, ustad müğənni qızının “Tayfur” soyadını kommersiya məqsədilə istifadə etməsinə etiraz edib və cinayət işi qaldırıb.
Tuğçe Tayfur atasının 50 milyon dollar istədiyini iddia edib.
Tayfurun vəkili Hakan Tamgüç mövzu ilə bağlı bu açıqlamaları verib:
“Onlara qarşı 50 milyon TL-lik iddia qaldırdığımız deyilirdi, amma bu, tamamilə yalandır. Bizim belə bir iddiamız yoxdur. Xalqımızın gözü qarşısında yalan danışmağa davam edirlər. Ona görə də açdığımız iddia yalnız marka və patentlə əlaqədardır başqa bir iddiamız yoxdur”.
Ceyran