Maqazin dünyasından uzaq yaşamağa üstünlük verən müğənni Atiye üçüncü dəfə ana olmaq üçün gün sayır.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, daha əvvəl körpəsinin cinsiyyətini açıqlayan məşhur müğənni Atiye, indi ilk dəfə körpəsinin adını açıqlayıb.
Doğuşdan sonra görüntülənən Atiye bu sözləri ilə üçüncü uşaq istədiyini bildirib:
“Mən tək uşaq kimi böyümüşəm, amma izdihamlı bir mühitdə olmuşam. əmioğlularımla birlikdə idim. Biz uşaqları sevirik. Ferah Feza da bacı istəyir. Üçüncü uşaqdan sonra dördüncü uşaq ola bilər. Bu barədə sonra danışacağıq”.
Müğənni “Üçüncü uşağın oğlan olmasını istəyirsən?” sualına isə “Üçüncü övladın oğlan olmasını istəyirəm, amma qız olsa xoşbəxt olarıq. Onsuz da qız başqadır… Ümumiyyətlə, uşaqları çox sevirik və çox istəyirik”, – cavabını verib.
Müğənni körpəsinin cinsinin qız olduğunu da açıqlayıb.
Qarnı burnunda pozalar verən Atiyə “Qızımız Rumi az qalıb” qeydi ilə fotosunu paylaşıb.
Qeyd edək ki, 2018-ci ildə prodüser və musiqi direktoru Erol Sebebci ilə sakitcə ailə quran müğənni Atiye bir il sonra ilk qızı Ferah Fezanı dünyaya gətirib. Məşhur müğənninin ötən il ikinci qızı Neva dünyaya gəlib.
Dəniz