Məşhur müğənni Haluk Levent dünən axşam Antalya Açıq Səhnədə konsert verib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, konsertdən sonra gecə saatlarında döş qəfəsində ağrılar səbəbilə xəstəxanaya yerləşdirilən Leventin evə buraxıldığı öyrənilib.
Yüzlərlə Antalya sakini dünən axşam Antalya Açıq Səhnədə konsert verən Haluk Leventi izləmək üçün bölgəyə axın edib. Aldığı marağa görə konserti yarım saat uzadan Levent pərəstişkarlarına unudulmaz bir axşam yaşatdı.