Məşhur müğənni fotosu ilə gündəm olan ataya ev hədiyyə etdibackend

Məşhur müğənni fotosu ilə gündəm olan ataya ev hədiyyə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məşhur sənətçi Ebru Yaşar və həyat yoldaşı, iş adamı Necat Gülseven Kahramanmaraş zəlzələsində dağıntılar altında həyatını itirən qızı İrmak Leylanın əlindən tutaraq böyük fəlakətin simvolu olan Məsut Hançerə kömək əlini uzadıb.

Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Gülsevən cütlüyü ailəyə ev hədiyyə edib.

Yeni həyat qurmağa çalışan ailənin məskunlaşdığı mənzilə baxış keçirilib.
Məsut Hançer qızı İrmak Leylanın bir rəssamın ona hədiyyə etdiyi mələk şəklini də yeni evinin qonaq otağına asıb. Hançer hisslərini “Əlini buraxa bilmədim. Qızım yatağında mələk kimi yatırdı. Zəlzələdə anamı, qardaşlarımı itirdim, amma öz uşağını torpağa basdırmaq qədər heç bir şey yoxdur” sözləri ilə ifadə edib”.
Son həftələrdə sosial media hesabından ailəyə ev alacağı ilə bağlı məlumatı paylaşan Ebru Yaşar “Yaşadığımız fəlakətin 7-ci günündə bir ürəklə yaralarımızı sağaltmağa çalışırıq. Məsutun bu şəkli ürəklərimizi ağrıdan bəy və qızı yaddaşımızdan silinməyəcək. Kədərli ailə ilə görüşdük, onlar Ankarada yaşamaq istəyirlər. Təcili olaraq Ankarada onlara ev hədiyyə etdik. Rəbbim bu ağrını yaşayan vətəndaşlarımıza kömək olsun, edilən bütün xeyirxah əməlləri, edilən duaları qəbul etsin”, – deyə bildirib.