Musiqi dünyası gecə saatlarında gələn xəbərlə sarsıldı.
Tribunainfo.az Hurriyet-ə istinadən xəbər verir ki, “One Direction” qrupunun keçmiş üzvü, məşhur müğənni Liam Peyn qaldığı otelin eyvanından yıxılaraq ölüb.
31 yaşlı Liam Peyn bu yaxınlarda “One Direction” qrupundan dostu Niall Horanın konsertində iştirak etmək üçün Argentinaya gəlib.
Liam Peyn paytaxt Buenos Ayresdə qaldığı otelin üçüncü mərtəbəsindən yıxılaraq ölüb.
Buenos-Ayres polisi verdiyi açıqlamada, Peynin yıxılmasının “son dərəcə ciddi xəsarətlərlə” nəticələndiyini və hadisə yerində olan tibb işçilərinin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmadığını bildirib.
Əflatun