Məşhur müğənni boşanır – DETALLAR

Məşhur müğənni boşanır – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar irqçi açıqlamaları ilə gündəm olan məşhur reper Kanye Vest və geyindiyi transparan libası ilə “Qremmi” mükafatlarına damğasını vuran Bianca Censori ayrılır.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Kanye Vestin həyat yoldaşına milyonlarla dollar ödəməyə məcbur edilə biləcəyi bildirilib.

“Qremmi” mükafatlarından 11 gün sonra məşhur cütlüyün boşanma prosesində olduğu iddia edilib. 2022-ci ilin dekabrında başlayan qısa nikah bitdikdən sonra Bianca Censorinin 5 milyon dollar alacağı düşünülür və cütlük bu mövzuda şifahi razılığa gəlib.

47 yaşlı reperə yaxın mənbə bildirib ki, cütlük indi ayrılıb və yaxın günlərdə evliliyə son qoymaq üçün məhkəməyə müraciət edəcəklər.

Dəniz