Fevralın 14-də əkiz anası olan müğənni Ebru Yaşar 16 gündə 12 kq arıqlamağa nail olub.
Fevralın 14-də əkiz anası olan müğənni Ebru Yaşar 16 gündə 12 kq arıqlamağa nail olub.
TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni hamiləliyi ərzində yalnız 9 kq kökəldiyini, lakin doğuşdan sonra 12 kq arıqladığını deyib.
Həyat yoldaşı Necat Gülsevən ilə restorandan çıxarkən görüntülənən müğənni “Aylardır çölə çıxmırdım. Evdə isə vaxt keçmir. Bu yaxınlarda da studiyaya girib albom üzərində çalışmağa başlayacağam” , – deyə bildirib.
Cütlüyün restoran çıxışında mindikləri yeni avtomobiilləri diqqət çəkib. Ebru VIP mikroavtobusu ərinin ona doğum hədiyyəsi olaraq aldığını etiraf edib: “Avtomobili ilk dəfə bu gün istifadə edirik. İnşallah əkizləri də gəzdirərik”.
“Mercedes” markalı mikroavtobusun qiyməti 300 min lirədir (təxminən 150 min manat).
Müğənninin milyarder əri Necat Gülseven daha əvvəl Ebru Yaşara 500 min TL-lik (təxminən 250 min manat) tək qaş brilyant üzük, 1 milyon lirəyə (təxminən 500 min manat) “Maserati” avtomobili, 6 milyon lirəyə (təxminən 3 milyon manat) bağ evi, 165 min TL-lik (təxminən təxminən 82 min manat) saat və sərvət dəyərində gəmi hədiyyə edib.