Məşhur milyarder öz şirkətinin səhmlərini SATIRbackend

Məşhur milyarder öz şirkətinin səhmlərini SATIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amazon.com Inc-in sədri və təsisçisi Ceff Bezos ötən cümə və bazar ertəsi öz şirkətinin 1,2 milyard dollarlıq səhmlərini satıb.

Tribunainfo.az xəbər verir ki, məlumat Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərdə əksini tapıb.

Noyabrın əvvəlindən Bezos Amazon-un 2,7 milyard dollarlıq səhmini satıb. Artıq iş adamının 22 milyona yaxın səhmi satılıb.

MarketWatch qeyd edir ki, ilin əvvəlindən indiyədək Bezos Amazon-un 8 milyard dollarlıq səhmlərini satıb.

İlin əvvəlindən Amazon-un kapitallaşması 37,5 faiz artaraq 2,17 trilyon dollara çatıb.