Ötən ilin sentyabr ayında lotereyada qalib gələn və 10 milyon avro qazanan Çiko ləqəbli türk sərvətinin bir hissəsini hədiyyə edəcəyini açıqlayıb.
Loto milyarderinin pul verəcəklərdən yalnız bir istəyi var.
Üç nəfər pul verəcəyini deyən Kürşat Y. həmin adamların bu pula nə edəcəklərini deməsini şərt qoyub:
“Mən üç şanslı insan axtarıram. Hərəsinə 5 min, 3500 və 1500 avro verəcəm. Fevralda lotereya oynayacağam və bircə şərtim var: pulu istəyənlər pulla nə edəcəklərini mənə bildirməlidirlər”.
15 mindən çox adamın iştirak etdiyi bildirən Kürşat indiyədək gələn müraciətlər arasında müxtəlif məqsədlərin olduğunu deyib.