74 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun təbliğat-təşviqat kampaniyası davam edir. Kampaniya çərçivəsində seçiciləri ilə görüşən, onların problem və istəklərini dinləyən M.Məmmədov növbəti görüşünü Birinci Səmədxanlı kənd istirahət mərkəzinin həyətində Birinci Səmədxanlı, Alışanlı, Ətcələr, İkinci Səmədxanlı kəndlərinin seçiciləri ilə keçirib.
Tribunainfo.az xəbər verir ki, seçki platformasıyla seçicilər tanış olub. M.Məmmədov YAP-ın bu dəfə də qələbə qazanacağına əminliyini ifadə edib. Seçicilərlə səmimi ortamda keçən görüşdə onları seçkilərdə fəal olmağa çağırıblar.
Diqqətə çatdırılıb ki, ölkəmizin zəngin seçki təcrübəsi var, seçki praktikasının təkmilləşdirilməsi məqsədilə bütün lazımi tədbirlər görülüb.
Görüşlərdə çıxış edən seçicilər fürsətdən istifadə edib xalqın milli qürurunu özünə qaytaran, 30 ildən artıq işğal altında qalan torpaqları uzaqgörən siyasəti və yaratdığı güclü ordu ilə işğaldan azad edən Müzəffər Ali Baş Komandan, ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təşəkkür ünvanlayaraq parlament seçkilərində məmnuniyyətlə YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.
Adil