Məşhur Məmmədov: “Xocalı soyqırımı ilə 19 sentyabr əməliyyatının fərqi sübut etdi ki, hansı ordu uşaq qatilidir, hansı isə…”

Məşhur Məmmədov: “Xocalı soyqırımı ilə 19 sentyabr əməliyyatının fərqi sübut etdi ki, hansı ordu uşaq qatilidir, hansı isə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xocalı şəhəri bizim mənəvi məbədimizdir. Həqiqətən də bu şəhər düşməndən və separatçılardan təmizlənməmiş işimiz yarımçıq qalardı. Cənab prezident də Xankəndidə çıxışı zamanı bu məsələni xüsusi vurğulamışdı. Ona görə də Xocalının azad olunması və bu gün ilk dəfə azad Xocalı ilə soyqırımın yad edilməsi ikiqat əlamətdardır”.

Bu sözləri Tribunainfo.az saytına millət vəkili Məşhur Məmmədov bildirib. Deputat Xocalı genosidini qan yaddaşımız sayır. M.Məmmədov hesab edir ki, müzəffər Ordumuz günahsız yerə öldürülən azərbaycanlıların qisasını aldı, amma dinc erməni əhalisindən yox, terrorçu və işğalçı silahlı birləşmələrdən. Millət vəkilinin sözlərinə görə, torpaqlar işğal ediləndə dinc azərbaycanlı əhali etnik təmizləməyə məruz qaldı, amma 30 il dünya bunu dilə gətirmək istəmədi, amma işğal faktına son qoyanda yerli ermənilər regionu öz xoşu ilə tərk etdi, buna baxmayaraq, Avropada, Amerikada Azərbaycana haqsız ittihamlar səsləndi: “Xocalı soyqırımı və 19 sentyabr antiterror əməliyyatı işğalçılarla Azərbaycan Ordusunun fərqini ortaya qoydu. Dünya gördü ki, kim vəhşidir, kim qadın, uşaq qatilidir, kim humanistdir, beynəlxalq qanunlara hörmət qoyur, kim qadına, qocaya, uşağa əl qaldırmır…”
Məşhur Məmmədovun sözlərinə görə, Xocalıda bu günlərdə kütləvi məzarlıq aşkarlanması və əl-qolu bağlanmış qadın, uşaq skeletləri aşkarlanması bir daha sübut etdi ki, erməni terrorçular hansı qəddarlıqları ediblər. Deputat bu soyqırımı və kütləvi məzarlıqla bağlı beynəlxalq ictimaiyyətdə daha çox iş görülməli olduğunu vacib sayır.