74 saylı Masallı Seçki Dairəsindən namizəd Məşhur Məmmədov sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Masallı şəhər Mədəniyyət evində səhiyyə sahəsində çalışan seçicilərlə görüş keçirib.
Tribunainfo.az xəbər verir ki, Prezident İlham Əliyevin səhiyyə işçilərinə qayğısından söz açan M.Məmmədov bildirib ki,
Prezident İlham Əliyevin səhiyyə işçilərinə göstərdiyi qayğı ölkənin səhiyyə sisteminin inkişafında mühüm rol oynayır. Onun təşəbbüsü ilə son illərdə bir sıra yeni xəstəxanalar, tibb mərkəzləri və diaqnostika qurumları inşa edilib.
Pandemiya dövründə səhiyyə işçilərinə xüsusi diqqət yetirildi, onların maddi və sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər həyata keçirildi. Prezident tərəfindən tibb işçilərinə dövlət mükafatlarının verilməsi onların fədakarlığının qiymətləndirilməsinin bariz nümunəsidir.
Məşhur Məmmədov seçiciləri fəal olmağa, dövlətimizin davamlı zəfərlərə imza atılması üçün layiq bildikləri namizədlərə səs verməyə çağırıb.
Görüşdə çıxış edən səhiyyə işçiləri səhiyyədə aparılan islahatların və uğurların davamı naminə qarşıdan gələn parlament seçkilərində YAP-ı dəstəkləyəcəklərini bildiriblər.
Gülşən