74 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun seçicilərlə görüşləri davam edir.
Tribunainfo.az xəbər verir ki, təbliğat-təşviqat mərhələsi çərçivəsində Masallı rayonunun Qarğalıq, Şatıroba və Qızılağac kəndlərinin seçiciləri ilə məhəllə görüşləri keçirilib. Seçicilərlə görüşdə M.Məmmədov bildirib ki, sosial-iqtisadi sektor üzrə regionların davamlı inkişafının təmin edilməsi Azərbaycanın qarşısına qoyduğu əsas hədəflərdən biridir. Ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi Masallı rayonunda da bu istiqamətdə geniş tədbirlər həyata keçirilib.
Namizəd seçicilərin suallarını cavablandırıb, onları 1 sentyabrda fəallıq göstərərək layiqli namizədə səs verməyə səsləyib.
M.Məmmədov bildirib ki, Azərbaycanın yeni hədəflərinin reallığa çevrilməsinə töhfələrini vermək üçün seçicilərin səsvermə prosesində yüksək fəallıq nümayiş etdirəcəklərinə inanıram.
Gülşən