74 saylı Masallı Seçki Dairəsindən deputatlığa namizəd Məşhur Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü keçirib.
Tribunainfo.az zəbər verir ki, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərlə bağlı növbəti görüş Masallı şəhər Mədəniyyət evində ziyalılar və ağsaqqallarla, ictimaiyyət nümayəndələri ilə olub.
Görüşdə təbliğat-təşviqat mərhələsinin gedişi, gələcək planlar müzakirə edilib.
Görüşlərdə çıxış edən Masallı şəhər sakinləri Şəhid anası Mehriban Sultanzadə, Əntiqə Tağıyeva, Həsənağa Əliyev və digər seçicilər YAP-ın namizədinin əvvəlki seçkilərdə də hər zaman onlarla görüşüb səlahiyyət çərçivəsində problemlərinin həllinə dəstək göstərməsini önə çəkərək sentyabrın 1-də yüksək fəallıq göstərərək seçkilərdə iştirak edəcəklərini və 74 saylı Masallı şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini vurğulayıblar.
Adil