MƏŞHUR MƏMMƏDOV: “İRAN BİZƏ QONŞU YOX, DÜŞMƏN KİMİ DAVRANIR “backend

MƏŞHUR MƏMMƏDOV: “İRAN BİZƏ QONŞU YOX, DÜŞMƏN KİMİ DAVRANIR “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran dövləti yanvarın 27-dən bəri səfirliyimizə edilən terror hücumu ilə bağlı hələ də aydın açıqlama verməyib. Tehran rejimi israrlıdır ki, terroru adi cinayət hadisəsi və məişət səviyyəsində olan məsələ kimi qələmə versin. Bütün dünya bu teraktı pislədi, amma İrandan verilən rəsmi bəyanatlarda bu xain basqını pisləmək elementi belə candərdi verilib. Ona görə məsuliyyəti birbaşa İran daşıyır, səfirliklər olan küçələr daha yüksək səviyyədə qorunmalıdır və digər ölkələrin İranda yerləşən səfirlikləri də artıq müəyyən nəticələr çıxarmalı olacaqlar”. Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov səfirliyimizə edilən terror hücumundan üç gün keçməsinə baxmayaraq, hələ də İran rejiminin məsələni ailə problemi kimi təqdim etməsindən danışarkən deyib.

Deputat hesab edir ki, İran hadisənin gerçək üstünü açmaqda maraqlı görünmür: “Terrorçu isə ölümə məhkum edilməlidir. Amma onu tutan kimi Azərbaycana zəhər yağdıran ” Səhər” kanalına çıxarıb cavab haqqı verdilər. Deməli, birbaşa idarə olunan prosesdir, təlimat əsasında terror təşkil olunub, burada həyat yoldaşına görə aqressivlik göstərməkdən söhbət gedə bilməz. Biz bundan sonra İrana hər dəfə xatırlatmalıyıq ki, başqa ölkələrdə də səfirliklərimizə hücum, təxribat olub, amma məhz terror və bir nəfəri öldürüb iki nəfəri yaralamaq sizin ölkənizdə baş verib. Üstəlik, Vasif qəhrəmanlıq edərək böyük teraktın qarşısını aldı, yoxsa həmin şəxs daha çox insan öldürəcəkdi, qabağına çıxan hamını gülləbaran edəcəkdi. Deməli, kütləvi qətlin qarşısı alınıb. Və dəqiqələr keçir, İran polisi hələ də hadisə yerində yoxdur. Hesab edirəm ki, İran dövləti məsuliyyət daşıyır və cavabını verməlidir. Artıq səfirlik qeyri-müəyyən müddətə fəaliyyətini dayandırıb, yalnız Təbriz konsulluğu xidmət göstərəcək. Səfirliyin nə zaman açılacağı məlum deyil. İran bundan dərs almalıdır. Bizimlə normal qonşu yox, düşmən kimi davranırlar”.

Tribunainfo.az