“Frank Şvabe siyasi alverçi və siyasi dələduzdur. Onun erməni lobbisinin nökəri olduğu bir daha sübut olundu. Azərbaycanın Avropa Şurası Parlament Assembleyasında yolunu bağlamaq bu alman deputatın diktəsi ilə həyata keçirilə bilməz”. Bu fikirləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov deyib. O, Almaniyanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri olan Frank Şvabenin son bəyanatını düşmənçilik adlandırıb. Deputat hesab edir ki, Şvabe kimilər Avropa dəyərlərini erməni puluna satan siyasi möhtəkirlərdir. Məşhur Məmmədov təklif edib ki, alman deputatının son açıqlamasından Bundestaqa etiraz məktubu göndərmək lazımdır. Onun fikrincə, Azərbaycanın daxili işlərinə qarışmaq, ölkəmiz haqda mənfi rəy yaratmaq istəyən Şvabenin çıxışları erməni lobbisinin sifarişidir: “AŞ PA Nazirlər Komitəsinin rəhbəri bu günlərdə dedi ki, Azərbaycan nümayəndə heyətini burada görməyi arzu edir. Belə bir açıqlama verildiyi vaxtda Şvabe yenə siyasi riyakarlıq edərək prosesi pozur. Azərbaycan nümayəndə heyəti haqlı olaraq bəyanat verərək oradakı fəaliyyətini dondurub. Düşünürəm ki, bizim daxili işlərimizə müdaxilə yolverilməzdir”.
Qeyd edək ki, Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin sədri Frank Şvabe Bakıda hüquq müdafiəçisi Anar Məmmədlinin həbsini kəskin şəkildə pisləyib.
“Azərbaycanın nə indi, nə yanvarda Parlament Assambleyasına qayıtmağa yolu yoxdur”, deyə o, X platformasında öz hesabında yazıb.
Tribunainfo.az