MƏŞHUR MƏMMƏDOV: “AZƏRBAYCAN SEPARATİZMİN KÖKÜNÜ QAZIR”backend

MƏŞHUR MƏMMƏDOV: “AZƏRBAYCAN SEPARATİZMİN KÖKÜNÜ QAZIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın bütün Qarabağda suverenliyinin təmin edilməsi əsas hədəfimizdir. Azərbaycan Ordusunun lokal xarakterli anti-terror tədbirləri Xankəndidə üçrəngli bayrağımızın ucaldılması ilə yekunlaşacaq. Xankəndi şəhəri mariyonet ve xunta rejimindən azad edilməli və bu bölgənin azərbaycanlı və yerli əhalisi burada sülh və əminamanlıq içində yaşamalıdır. Xankendi və digər azarbaycan şəhərlərində heç bir qondarma qanunlar işçləyə bilməz. Burada Azerbaycan polisi, Azarbaycan qanunları və Azərbaycan manatı işləyəcək”.

Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov deyib. Onun sözlərinə görə, Ordumuz yanlız legitim hərbi hədəfləri vurur, hər hansıs mülki obyektə və ya mülki əhaliyə atəş açılmır. Qarabağın dinc erməni əhalisinə edilən müraciət, yayılan vərəqələr və çağırışlar onlara bir xəbərdarlıqdır:

“Hərbi infastrukturdan uzaqda durun və Azəbaycan əsgərinə güvənin. Azərbaycan ordusu Qarabağın ermeniəsilli sakinlərini terrorçu rejimdən xilas etməyə gəlib. Bu gün müzəffər Ali baş komandanın rəhbərliyi altından şanlı ordumuz qarabağda separatizmin kökünü qazır və erməni hərbiçiləri silahı nə qədər tez yerə qoyub təslim olsa, o qədər yaşamaq şansları çoxdur. Azarbaycan beybəlxalq hüquqa uyğun olaraq öz ərazilərində mərkəzə tabe olmayan və başqa dövlətin tabeliyində olan qanunsuz silahlı birləşmələri demilotarizasiya edir”.