MƏŞHUR MARKALARIN ADLARININ MƏNASINI… İNANMAYACAQSIZbackend

MƏŞHUR MARKALARIN ADLARININ MƏNASINI… İNANMAYACAQSIZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adlarıyla dünyada məşhur olan Türkiyənin çox sayda markaları var. Olduqca cəlbedici adları olsa da, əksəriyyətimiz həmin marka adlarının tam mənasını bilmirik.

Tribunainfo.az xəbər verir ki, həmin markaların adlarının mənası, nəyə əsasən elə adlandırıldıqları hər kəsi təəccübləndirir.

AKBANK

Sabancı ailəsinin məmləkəti Kayseridir. İş dünyasındakı nəaliyyətlərini isə Adanada ediblər. İki şəhərin baş hərflərinin birləştirilməsindən isə Türkiyənin ən məşhur bankının adı yaranıb. Bankın adının mənası Adanadakı Kayserililər deməkdir.

GRATİS
Gratis əslində xarici marka olduğu güman edilir. Amma əslində GRATİS Dəmir Sabancının bir təşkilatıdır. Latınca “havayı” mənasını verir.

ALFEMO
Bu fabrikin əsl adı “Ali Feyzullah Mobiliya”dır. Daha sonra Alfemo kimi qısaldılıb. Markanın adı yaradıcısının adını daşıyır.

OSSE
Bu marka iki ortağın işidir və ad da buna əsasən seçilib. Ortaqlardan birinin adı Osman, digərinin adı Sezaidir. Hər iki adın ilk iki hərfinin birləşməsindən dünyaca məşhur OSSE markası yaranıb.

RAMSEY
Bu markanın qurucusu Remzi Gül adlı şəxsdir. Ramseyin adı da Remzi adından götürülüb. Remzi adını ingiliscə bir söz kimi tələffüz edəndə “ramsey” alınır. Məhz bu səbəbdən marka sahibi Remzini “Ramsey” ilə əvəz edib.