Məşhur kərpic zavodu təhlükə potensiallı obyektləri qeydiyyatdan keçirmədiyinə görə cərimələndi

Məşhur kərpic zavodu təhlükə potensiallı obyektləri qeydiyyatdan keçirmədiyinə görə cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda məşhur kərpic zavodu olan “Klass” MMC təhlükə potensiallı obyektləri dövlət reyestrində qeydiyyatdan keçirmədiyinə görə cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 276-1-ci (Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, kərpic zavodu kimi fəaliyyət göstərən “Klass” MMC-nin təsisçisi Sultanhəmid Hacıyevdir. O, həm də dam örtüyü, kərpic, üzlük daşları, keramik pilləkən, və daban daşı istehsalı ilə məşğul olan “Sultan Ceramic”in də rəhbəridi