İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “Sea Breeze Shikh” MMC arasında icarə müqaviləsinə dair mübahisə yaranıb.
Valyuta.az xəbər verir ki, dövlət xidməti bu mübahisədən dolayı məhkəməyə müraciət edib.
Qurumun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
İş hakim Kənan Hüseynovun icraatındadır.
“Sea Breeze Shikh” Azərbaycan populyar isturahət mərkəzlərindən biridir. Bu obyekt bir müddət əvvəl orada baş verən kütləvi dava ilə gündəmə gəlmişdi.
Davada tərəflərdən biri Binəqədinin icra başçısının keçmiş müavini Leysan Məmmədovun oğlu Elnur Məmmədov və dostları olub.