Azərbaycanda məşhur hoteldə cinayət hadisəsi baş verib.
08.10.2024-cü il tarixdə, saat 14 radələrində “Marxal Resort Spa” otelində qrup rəhbəri işləyən, 1996-cı il təvəllüdlü Hüseynov Afiq Asif oğlu idarə etdiyi minik avtomobillə rayonun Kiş kəndi istiqamətində hərəkətdə olarkən həmin vaxt yolu keçmək istəyən piyada – Kiş kənd sakini, 1955-ci il təvəllüdlü Xalıqov Camal Nuru oğlunu ehtiyatsızlıqdan vurmuş, 12.10. 2024-cü il tarixdə saat 02:30-da Camal Xalıqov aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölmüşdür.
Faktla bağlı 12.10.2024-cü il tarixdə Şəki ŞRPŞ-nin İB-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır./Milli.Az/