Əmlak Məsələləri Dövlət Xidməti vergi ödəyicilərinin siyahıya alınan əmlaklarının hərrac vasitəsiylə satışını həyata keçirəcək.
Tribunainfo.az yeniavaz.com-a istinadla xəbər verir ki, siyahıya alınan əmlaklar “İmişli Dəmir Beton” MMC-yə (VÖEN – 5500137191) məxsus beton borular üçün karkas hazırlayan qurğu və “Muğan SES” MMC-yə (VÖEN – 5500195591) məxsus transformator yağ açarıdır.
Beton borular üçün karkas hazırlayan qurğunun start qiyməti 10 600 manat, transformator yağ açarının qiyməti isə 42 000 manat təşkil edir.
Adları qeyd olunan əmlakalar sabah – 25 oktyabr tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında hərraca çıxarılacaq.
Məlumat üçün bildirək ki, “İmişli Dəmir Beton” MMC-yə və “Muğan SES” MMC ölkənin aparıcı holdinqlərindən olan “Messenat Holdinq Şirkətlər Qrupu”na daxildir.
2006-ci ildə fəaliyyətə başlayan “Messenat Holdinq Şirkətlər Qrupu”nun kimə məxsus olduğu açıqlanmır.
Lakin, açıqlanan məlumatlarda göstərilir ki, 2006-2012-ci illərdə şirkətlər qrupunun prezidenti 1978–1987-ci illərdə Azərbaycan SSR-nin daxili işlər naziri olan general-leytenant Cəfər Vəliyev olub.
2012-ci ildə vəfat edən Cəfər Vəliyev 1992–2000-ci illərdə Mərkəzi Seçki Komissiyasının sədri, 2000–2005-ci illərdə isə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri vəzifələrində çalışıb.