Məşhur geyim mağazası barəsində tədbir görüldü

Məşhur geyim mağazası barəsində tədbir görüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov Rayon Məhkəməsində Azərbaycan fəaliyyət göstərən məşhur geyim mağazası “Rodrigo tekstil sanayi ticaret anonym şirketi”nə yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərarla şirkət cərimələnib.

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.